Buğdatəpə

Buğdatəpə – tarixi İrəvan xanlığının Göyçə mahalında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. XVIII əsrdə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Buğdayitəpə” formasında qeydə alınmışdır. Z.Qorqodyan Göyçə mahalında ləğv edilmiş kəndlər sırasında Buğdatəpə kəndinin də adını çəkir.

Toponim bitki adı bildirən “buğda”və kiçik dağ mənasında işlənən “təpə”sözlərinin birləşməsindən əmələ gəlmişdir.