Buğakar piri Zəngəzur mahalının Mehri (Meğri) rayonunun Buğakar kəndi ərazisində yerləşirdi. Ziyarətgah Azərbaycan memarlığı üslubunda inşa edilmişdir.
Ziyarətgahın yerləşdiyi kənd öz adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almışdır. Burada yerləşən ziyarətgah isə kəndin adına uyğun şəkildə “Buğakar ziyarətgahı” adlandırılmışdır. Ziyarətgah həmçinin xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınmışdır.
Qədim dövrlərdən azərbaycanlılar yaşamış Buğakar kəndi 1930-cu ildə ermənilər tərəfindən ləğv edilmiş və kəndin əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür.
Buna baxmayaraq, buradakı pir müsəlmanların yaşadığı ətraf kəndlərin əhalisi üçün ziyarətgah olaraq qalmışdır.
Azərbaycanlıların 1987-ci ildən Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır.
Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Ələkbərli Ə., Qədim Türk-Oğuz yurdu – “Ermənistan” (Bakı: “Sabah” nəşriyyatı, 1994)