Buğakar

Buğakar – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq.

1926-cı ildə burada 1 nəfər azərbaycanlı, 2 nəfər yunan yaşamışdır. 1930-cu illərdən sonra rəsmi sənədlərdə adı çəkilmir.

Toponim türk dilində “dağ keçidi”, “dar, ensiz vadi, yarğan”, “dağ ətəyində, çay sahilində düzənlik yer” mənasında işlənən “buk” sözü ilə türk dilində “sıldırım qaya” mənasında işlənən “kar” sözünün birləşməsindən əmələ gəlmişdir.