Buğakar – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş qışlaq.
1920–1930-cu illərdə burada yaşayış olmuşdur. XX əsrin 30-cu illərinin ortalarında ləğv edilmişdir.
Toponim türk dilində “dağ keçidi”, “dar, ensiz vadi, yarğan”, “dağ ətəyində, çay sahilində düzənlik yer” mənasında işlənən “buk” sözü ilə türk dilində “sıldırım qaya” mənasında işlənən “kar” sözünün birləşməsindən əmələ gəlmişdir.