Buğacıq

Buğacıq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Meşənin içində yerləşirdi.

Kənddə 1897-ci ildə 125 nəfər, 1922-ci ildə 21 nəfər, 1926-cı ildə 1 nəfər azərbaycanlı yaşamışdır. 1929–1930-cu illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “buğacıq” türk mənşəli etnonimi əsasında yaranmışdır. Bu tayfanın adına “Kitabi-Dədə Qorqud”da rast gəlinir.