Bozyoxuş

Bozyoxuş – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km məsafədə, dəniz səviyyəsindən 2045 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Vilayət mərkəzindən 32 km şərqdə, dəniz səviyyəsindən 2045 m hündürlükdə yerləşir.

Toponim Azərbaycan dilində “otsuz, çılpaq, meşəsiz” mənasında işlənən “boz” sözü ilə “dik, dağa, təpəyə qalxan yol” mənasında işlənən “yoxuş” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Musaelyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°59′ şm. e., 43°56′ ş. u.