Bozyoxuş

Bozyoxuş – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində aşırım. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim türk dilində “otsuz, çılpaq” mənasında işlənən “boz” sözü ilə “dikə, təpəyə qalxan yol” mənasında işlənən “yoxuş” sözünün birləşməsindən əmələ gəlmişdir.