Boznəli

Boznəli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində “Bozlu” formasında qeydə alınmışdır. “Boznəli” “Bozlu” adının təhrif edilmiş formasıdır.

XIX əsrin əvvəllərində kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim bəydili türk tayfalarından olan “bozlu” etnonimindən əmələ gəlmişdir.