Bozburun – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Toponim türk dilində “otsuz, çılpaq, meşəsiz” mənasında işlənən “boz” sözü ilə “dağ çıxıntısı, dağın qolu”, “qurunun, dağın və ya qayanın sivri bucaq şəklində uzanmış hissəsi” mənasında işlənən “burun” sözünün birləşməsindən əmələ gəlib “otsuz, çılpaq dağ çıxıntısı” mənasını ifadə edir.
Dağın adı dəyişdirilərək “Yeraxs” qoyulmuşdur.