Bozavdal Yaylası

Bozavdal Yaylası – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasının, sonralar keçmiş Hamamlı (Spitak) rayonunun, hazırkı Lori vilayətinin ərazisində yaylaq. Saral kəndinin ərazisində yerləşirdi.

Toponim “boz” və “avdal” (abdal) etnonimləri ilə “dağlıqda olan düzən yerlər” mənasında işlənən “yayla” sözünün birləşməsindən əmələ gəlmişdir.