Bozabdal

Bozabdal – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində yayla. Vilayətin ərazisindəki Saral kəndində yerləşir.

Toponim “boz” və “avdal” (abdal) etnonimləri ilə “dağlıqda olan düzən yerlər” mənasında işlənən “yayla” sözünün birləşməsindən yaranmışdır.