Bozabdal

Bozabdal – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, hazırda isə Şirak vilayətindən Lori vilayətinədək uzanan, uzunluğu 66 km olan dağ silsiləsi. Ən hündür zirvəsi hündürlüyü 2992 m olan Ağlağan dağıdır (hazırda “Urasar”adlanır). Dağ silsiləsi hazırda “Bazum” adlanır.