Boz Kaha – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətin ərazisindəki Qarnidzor kəndindən 3 km şimal-şərqdə yerləşirdi. Hazırda xarabalıqdır.
Toponim rəng mənasında işlənən “boz” sözü ilə “mağara, zağa, qayalıqda, dağda təbii və ya süni oyuq” mənasında işlənən “kaha” sözünün birləşməsindən əmələ gəlmişdir.