Böyüktüklütəpə

Böyüktüklütəpə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Lori vilayəti ərazisində təpə. Vilayətin ərazisindəki Yuxarı Körpülü kəndi ilə Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndinin sərhədində yerləşir.

Toponim Azərbaycan dili şivələrində “sıx, kol-kosluq” mənasında işlənən “tüklü” sözü ilə “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir. “Böyük” sözü fərqləndirici əlamət bildirir.