Böyüktəpə

Böyüktəpə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayəti ərazisində təpə. Cücəkənd (Qızıl Şəfəq, Dzunaşoğ) kəndində yerləşir.

Toponim Azərbaycan dilində “geniş, hündür, iri” mənasında işlənən “böyük” sözü ilə “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.