Böyük Kotaklı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.
Toponim peçeneqlərin “katak” (kotak) etnoniminə “-lı” sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Toponimin əvvəlindəki “böyük” sözü fərqləndirici əlamət bildirir.