Böyük Ağa

Böyük Ağa – tarixi İrəvan xanlığının Göyçə mahalında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Qanlı Ağalı kəndinin yaxınlığında yerləşmişdir. Kənd XIX əsrin əvvəllərindən xaraba qalmışdır.

Toponim Azərbaycan dilində “hörmətli, nüfuzlu” mənasında işlənən “böyük” sözü ilə şəxs adı bildirən “ağa” sözünün birləşməsindən əmələ gəlmişdir.