Bostantala

Bostantala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Karvansara (İcevan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Yuxarı Ağdan kəndində yerləşirdi.

1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim türkmənşəli “bostan” etnonimi ilə “meşə sahəsində açıqlıq” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir.