Birinci Qayaxaraba

Birinci Qayaxaraba – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunda, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin başqa adı “Sultanağıl”dır.

Kənddə 1897-ci ildə 119 nəfər, 1904-cü ildə 106 nəfər, 1914-cü ildə 174 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “təpə, dağ, sıldırım” mənasında işlənən “qaya” sözü ilə “dağıdılmış yer” mənasında işlənən “xaraba” sözündən əmələ gəlmiş, “qayalıqda təpədə xarabalığa çevrilmiş kənd” mənasını ifadə edir.