Berdi Xaraba

Berdi Xaraba – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Hazırda xarabalıqdır. XIX əsrin axırlarına qədər burada dini məbədin qalıqları qalırdı.

Toponim türk dilində “çətin keçilən yer” mənasında işlənən “berd” (←bert) sözü ilə “xaraba” sözünün birləşməsindən əmələ gəlmişdir.