Bazarkənd

Bazarkənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayət ərazisindəki Bazarçay kəndinin yaxınlığında, Bazarçayın yuxarı axarında yerləşirdi. XIX əsrin II yarısında ləğv edilmişdir.

Toponim türk mənşəli “bazar” etnoniminə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlib “bazar tayfasına mənsub kənd” deməkdir.