Bazarçay – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) və Gorus rayonlarında, hazırda isə Sünik vilayəti ərazisində çay. Həkəri çayı ilə qovuşur. Uzunluğu 179 km-dir.
Hidronim Bazar türk tayfasının adından və “çay” coğrafi nomenindən əmələ gəlmişdir. Hazırda “Vorotan” adlanır.