Baydarçay – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayəti ərazisində çay. Mollaqışlaq kəndinin ərazisindən axır.
Hidronim “baytar/baydar” türk etnonimi əsasında formalaşmışdır.