Bayatlar

Bayatlar – keçmiş İrəvan quberniyasının Lori-Pəmbək qəzasının, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş qışlaq. Hallavar kəndinin yaxınlığında yerləşmişdir.

Burada 1926-cı ildə 23 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim oğuz tayfalarından olan “bayat” etnoniminə Azərbaycan dilində cəmlik bildirən “-lar” şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.