Bataxlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində “lığ, lehmə, palçıq” mənasında işlənən “bataq” sözünə “-lı” sözdüzəldici şəkilçisinin artırılması ilə düzəlmişdir. “Bataqlıq, palçıqlıq yerdə olan qışlaq” mənasını ifadə edir.