Batar

Batar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Kənd dağlıq yerdə, Min çayının sağ sahilində yerləşmişdir.

Toponim qayı türklərinə mənsub olan “padar” (→batar) türk tayfasının adı əsasında əmələ gəlmişdir.