Basutçay

Basutçay – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay.

Çay “Basatçay” da adlanır. “Kitabi-Dədə Qorqud” dastanındakı “Basat” şəxs adı ilə bağlı yaranan hidronimdir.