Başköy

Başköy – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 25 km cənub-şərqdə, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Başkənd” kimi, Qafqazın beşverstlik xəritəsində “Baş kyoq” formasında qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində “əsas, böyük, dağın zirvəsi” mənalarında işlənən baş sözü ilə müasir türk dilində “kənd” mənasında işlənən “köy” sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Saralanc” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°37′ şm. e., 44°01′ ş. u.