Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 1151 km²-dir olan rayonun mərkəzi Basarkeçər olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 168 km-dir.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Göyçə mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Novo-Bəyazid qəzasına daxil olmuşdur.
Toponim qıpçaq mənşəli “bazar//basar” etnoniminə qeyri-qəti gələcək zamanda işlənən “keçər” sözünün qoşulmasından əmələ gəlmişdir. “Bazar (basar) tayfasının keçdiyi, getdiyi yer” mənasını bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11 iyun 1969 tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Vardenis” qoyulmuşdur.
1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.