Baş Gözəldərə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Kənd Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yaxınlığında, Gözəldərə dağının ətəyində yerləşir. Kəndə həm də “Yuxarı Gözəldərə” deyilirdi.
Ermənilər bura 1828-ci ildən sonra Türkiyədən köçürülüb yerləşdirilmişdi. 1897-ci ildə burada ermənilərlə yanaşı, 108 nəfər azərbaycanlı yaşamışdır. Sonralar Baş Gözəldərə kəndi ləğv edilmiş, əhalisi Aşağı Gözəldərə kəndinə köçürülmüşdür.
Toponim fərqləndirici əlamət bildirən “baş” (yuxarı) sözü ilə “gözəl” və “dərə” sözlərinin birləşməsindən əmələ gəlmişdir.