Baş Gərni

Baş Gərni – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 63 km cənubda, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində) qeydə alınmışdır. Kənd Gərni çayının mənbəyində salınmışdır.

Toponim türk dilində “çayın mənbəyi” mənasında işlənən baş sözü ilə urartu dilində “qala” mənasında işlənən “gərini” (gərni) sözü əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qarni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 44°43′ ş. u.