Baş Abdalar

Baş Abdalar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırkı Kotayk vilayəti ərazisində mövcud olmuş kənd. Erməni mənbələrində kəndin adı “Tazaqyuğ” kimi də göstərilir.

Burada 1897-ci ildə 143 nəfər yalnız azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “-lar” cəm şəkilçisi qəbul etmiş qədim türk mənşəli “abdal” etnonimi əsasında əmələ gəlmişdir. “Baş” fərqləndirici əlamət bildirir.