Baltadərəsi

Baltadərəsi – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ardanış kəndində yerləşirdi.

1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim balta türk tayfasının adı ilə “dərə” sözünün birləşməsindən əmələ gəlib, “balta tayfasına mənsub dərə”, “yaşayış yeri” mənasını ifadə edir.