Balatüklütəpə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayəti ərazisində təpə. Yuxarı Körpülü kəndi ilə Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndinin sərhədində yerləşir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “bala” (kiçik mənasında) sözü ilə Azərbaycanın Borçalı şivəsində “sıx kol-kosluq” mənasında işlənən “tüklü” və “kiçik dağ” mənasında işlənən “təpə” sözlərinin birləşməsindən əmələ gəlmişdir.