Bala Zağa – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayəti ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində Zağa formasında qeydə alınmışdır.
1897-ci ildə 178 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində azərbaycanlılar kənddən qovulmuş və daha sonra ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “kiçik” mənasında işlənən “bala” və “mağara, kaha” mənasında işlənən “zağa”sözlərinin birləşməsindən əmələ gəlmişdir.