Bağırbəyli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Gorusdan 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı dəstələrinin təcavüzünə məruz qalmış, azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşlar. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.
Toponim Bağırbəy şəxs adına Azərbaycan dilində mənsubluq bildirən “-li” şəkilçisinin artırılması ilə əmələ gəlib, “Bağırbəyə mənsub kənd” mənasını bildirir.