Bağçacıq

Bağçacıq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 38 km məsafədə, dəniz səviyyəsindən 1175 m hündürlükdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 10 nəfər, 1873-cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904-cü ildə 101 nəfər, 1914-cü ildə 107 nəfər, 1916-cı ildə isə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, köklü sakinləri olan azərbaycanlılar isə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Particak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 44°00′ ş. u.