Bağçacıq – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Horbadağ kəndinin şimal-qərbində yerləşirdi. “İrəvan əyalətinin icmal dəfətəri”ndə qeydə alınmışdır. Hazırda xarabalıqdır.
Toponim “bağça” sözünə Azərbaycan dilində kiçiltmə mənası bildirən “-cıq” şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir.