Babacan

Babacan – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazində çay. Babacan kəndi ərazisindən keçərək Göyçə gölünə tökülür. Uzunluğu 10 km-dir.

Hidronim “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən “Baybecan” şəxs adı əsasında formalaşmışdır.