Bəybalı

Bəybalı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Sofulu kəndinin şimalında yerləşirdi. Kənd XIX əsrin əvvəllərində ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir.