Bənövşəpuşt – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) yaşayış məntəqəsindən 15-16 km şimalda yerləşirdi.
Kənddə 1914-cü ildə 28 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Hazırda xarabalıqdır.
Toponim “bənövşə” bitki adı ilə fars dilində “kiçik təpə” mənasında işlənən “puştə” sözündən əmələ gəlib “bənövşə təpəsi” mənasını bildirir.