Bərkdərə

Bərkdərə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində dərə.

Toponim Azərbaycan dilində “çətin” və “möhkəm” mənasında işlənən “bərk” sözü ilə “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.