7 aprel 2010
Ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər, baxmayaraq ki, bu dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu, hamıya aydındır. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, növbəti gün Azərbaycan Demokratik Respublikası qərar qəbul etmişdir ki, İrəvan şəhəri paytaxt məqsədilə Ermənistana verilsin. İrəvan şəhəri azərbaycanlıların yaşadığı İrəvan xanlığının şəhəri idi. Tarixə gəldikdə bu, belədir. Onlar artıq Azərbaycan torpaqlarında öz dövlətini yaradıblar.