Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılış mərasimindəki nitqindən

14 oktyabr 2010

Mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan – xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər.