Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Goranboy rayonunda təmas xəttindəki “N” saylı hərbi hissədə hərbçilərlə görüşündəki söhbətindən

21 yanvar 2012

Baxmayaraq ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Mənim tövsiyələrimlə əlaqədar alimlərimiz bu tarixə dair gözəl kitablar, elmi əsərlər yaratmışlar. Xüsusilə, İrəvan xanlığı bizim qədim tarixi torpağımızdır. İrəvan xanlığı, Zəngəzur, Qarabağ bizim ərazimizdir. Buradan, siz xidmət apardığınız yerdən, döyüş mövqelərindən Gülüstan kəndi görünür. Həmin o Gülüstan kəndidir ki, orada müqavilə imzalanmışdır. Bu müqavilədən və Türkmənçay müqaviləsindən sonra ermənilər kütləvi şəkildə indiki İran ərazisindən buraya köçürülmüşlər.