Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Goranboy rayonuna səfəri çərçivəsində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışındakı çıxışından

20 noyabr 2009

Hamı yaxşı bilir ki, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı – bütün bunlar Azərbaycan torpaqlarıdır. 1918-ci ildə İrəvan Ermənistana bağışlandı. O tarixdən 100 il keçməmiş bizə qarşı yeni iddia qaldırılır. Azərbaycan torpaqlarında bir erməni dövləti yaradıldı.