Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumundakı çıxışından

9 mart 2007

Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır.