14 avqust 2006
Tarixi baxımdan da Qarabağ həmişə Azərbaycan torpağı olubdur, bizim torpağımızdır. Yəqin, onu da yaxşı bilirsiniz ki, İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə tarixi baxımdan da bu, bizim torpağımızdır.