Aytaq

Aytaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Talindən 10 km məsafədə, Buğut dağının ətəyində yerləşirdi. Erməni mənbələrində “Aysataq”, Qafqazın beşverstlik xəritəsində isə “Aytaq” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 37 nəfər, 1886-cı ildə 32 nəfər, 1897-ci ildə 59 nəfər, 1914-cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq kənddən qovulmuşlar. 1920-ci ildə kənd ləğv edilmişdir.

Toponim qədim türk dilində “ağ, işıqlı, aydın” mənasında işlənən “ay” sözü ilə türk dilində “dağ” sözünün fonetik forması olan “tağ” sözünün birləşməsindən əmələ gəlmişdir.