Ayıbasan

Ayıbasan – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Həmzəçimən kəndində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim “ayı” və” basan” feili sifətinin birləşməsindən əmələ gəlmişdir.